Ağ Evin rəsmisi: “ABŞ yaxın həftələrdə Ukraynaya yeni silahlar göndərəcək”
“ABŞ yaxın günlərdə və həftələrdə Ukraynaya yeni silahlar göndərməyi planlaşdırır”.
“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, son bir neçə həftə xüsusilə Ukraynanın şərqində şiddətli döyüşlər olub:
“Vaşinqton hesab edir ki, hərbi əməliyyatlar uzun müddət davam edəcək, bununla bağlı Kiyev təhlükəsizlik yardımı almağa davam edəcək”.