Şabranda DYP əməkdaşını avtomobil vurub

Şabran rayonunda DYP əməkdaşını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button