Sən olan dünyaya qurban olaram – Nəriman Həsənzadə
Yenə də gözlərim gözündə qalıb
Gördüyüm mənaya qurban olaram
Əgər həqiqətsən,mən həqiqətə
Röyasan,röyaya qurban olaram.
Söhbətin şirindi, gülüşün təzə,
Saldın ürəyimi eşqe, həvəsə
Sən ayag basdığın o yola ize,
Çəmənə, səhraya qurban olaram.
Çatsın hər muradın başa dünyada
Bir arzun dəyməsin daşa dünyada
Bu dunya gözeldi, yaşa dünyada
Sən olan dünyaya qurban olaram.