Hulusi Akar-dan Azərbaycana TƏŞƏKKÜR
“Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin (Böyük Zirə – red.) adasında məskunlaşmağa məcbur olan mehmetçiklərimizə köməkliyi ilə “bir millət, iki dövlət” ifadəsinin bariz nümunəsini nümayiş etdirən qardaş Azərbaycan xalqını ehtiram və şükranla yad edirik”.
“Report” xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış şəhidlərini Anma Günü ilə bağlı bəyanatında bildirib.
Eyni zamanda, müdafiə naziri Türkiyənin başda Şimali Kipr Türk Respublikası (ŞKTR), Azərbaycan və Liviya olmaqla “dost, qardaş və müttəfiqlərinin haqlı davasına dəstəyini” davam etdirdiyini vurğulayıb.