Çin və Rusiya XİN başçıları Ukraynadakı müharibəni müzakirə edib
Çinin yeni xarici işlər naziri Qin Qanq rusiyalı həmkarı Sergey Lavrovla apardığı telefon danışığı zamanl Rusiya-Ukrayna müharibəsini müzakirə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin XİN-dən bildirilib.
Q.Qanq Rusiya ilə əlaqələri gücləndirməyə hazır olduğunu bildirib, S.Lavrov isə öz növbəsində həmkarını təbrik edib və Rusiyaya səfərə dəvət edib.
Xatırladaq ki, Q.Qanq ötən il dekabrın 30-da Çin XİN başçısı təyin olunub.