Respublika hərbi prokuroru Xanlar Vəliyev danışdı.
Respublika hərbi prokuroru Xanlar Vəliyev “Tərtər İşi” ilə bağlı Manset.az-ın suallarını cavablandırıb.
– Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiniz?
– Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?
– Siz bir vaxtlar Tərtər hadisələrini “nağıl” adlandırırdınız…
– Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni nağıl adlandırmamışam. Nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, məni döyüb. Prokurorluq əməkdaşları kimisə təhqir də etməyib. Bu ola da bilməz.
– Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?
– Mən niyə üzr istəməliyəm. Hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.