Basarkeçərin iki kəndi tam boşalıb

2022-ci il sentyabrın 13-14-də sərhəddə baş verən qarşıdurma nəticəsində Basarkeçər (Qeqarkunik) rayonunun Yuxarı Şorca (Verin Şorja) və Aşağı Şorca (Nerkin Şorja) kəndləri tam boşalıb.

Hurriyyet.az xəbər verir ki, bu informasiyanı “Tatoyan Fondu” yayıb.

Keçmiş Ombudsman Arman Tatoyanın rəhbərlik etdiyi Fondun araşdırmasına görə, bu kəndlərdə artıq mülki həyat yoxdur. 

Dağlarda azərbaycanlılar post qurub, su təchizatında ciddi problemlər var, çünki 2021-ci ilin may ayından su anbarları və təbii su mənbələri Azərbaycanın nəzarətinə keçib.

Mənbə yazır ki, Azərbaycanla digər sərhəd kəndlərində də ciddi təhlükəsizlik problemləri yaranıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button