Akar Suriya-Türkiyə danışıqları haqqında AÇIQLAMA verib

Türkiyə Suriya ilə Moskvada başlayan danışıqların bölgədə sülh və sabitliyə töhfə verəcəyinə ümid edir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu 11 il sonra baş tutan ilk və xoş niyyətli görüş olub.

Türkiyənin terrorla mübarizə və immiqrasiya probleminə həll yolu tapmaq üçün çalışdığını vurğulayan Akar, ölkəsinə sığınan suriyalıların təhlükəsiz şəkildə vətənlərinə dönə biləcəklərini arzuladığını da vurğulayıb.

O, sülhün bərpa olunması üçün Rusiya və Ukrayna tərəflərinin dialoq aparmasının çox önəmli olduğunu deyib.

“Suveren, müstəqil dövlətdirlər. Bizim istəyimiz ondan ibarətdir ki, qonşumuz olan iki ölkədə tezliklə atəşkəsə nail olsun. Bu, təbii prosesdir. Prezidentimizin səyləri ilk gündən davam edir. Bu, dünyada sülh üçün mühüm töhfədir. Bütün dünya bunu anlamalıdır”, – deyə o vurğulayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button