Stoltenberq, Lyayen və Şarl Mişel görüşdü

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş NATO-nun mənzil-qərargahında baş tutub.

NATO-nun Baş katibi Stoltenberq görüşlə bağlı fikirlərini bildirib:

“NATO ilə Avropa İttifaqı arasındakı tərəfdaşlığı növbəti səviyyəyə çıxarmaqda qərarlıyıq. Finlandiya və İsveç NATO-nun tamhüquqlu üzvü olduqda NATO-Aİ tərəfdaşlığı daha da vacib olacaq və onların iştirakı ilə NATO Avropa İttifaqı vətəndaşlarının 96 faizini və öz ərazisinin daha çox hissəsini əvvəlkindən daha çox müdafiə edəcək”.

 “Putin NATO-nun daha zəif olmasını istəyirdi. Amma bunun əksi oldu. Bu, daha çox NATO və Aİ tərəfindən əldə edildi”,- deyə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen görüşlə bağlı fikirlərini ifadə edib:

“Rusiyanın Ukraynaya qarşı müharibəni başladıqdan sonra Aİ-NATO əməkdaşlığımız daha da güclənib. Bu gün biz yeni Birgə Bəyannamə ilə əməkdaşlığımızı növbəti səviyyəyə qaldırırıq. Biz mükəmməl əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəyik”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button