Rusiyanın hərbi-sənayesi sursat çatışmazlığını aradan qaldıra bilməyəcək və bu, 2023-cü ildə Ukraynanın şərqində hücum əməliyyatlarına mane olacaq.
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri belə qənaətə gəliblər.
Ukrayna və Amerika rəsmilərinin açıqlamalarına əsaslanan mütəxəssislər bildirirlər ki, rus ordusunun artilleriya hüumunun gündəlik intensivliyi artıq 75 faiz azalıb. Bu azalma 24 fevral 2022-ci ildən bəri ən aşağı səviyyə kimi göstərilir.
Mütəxəssislərin fikrincə, mərmi atışlarının azaldılması yəqin ki, Rusiya qoşunlarına tədarükün zəifləməsi ilə bağlıdır.
Müharibə Araşdırmaları İnstitutu iddia edir ki, 2022-ci ilin yayında rusların 122 mm və 152 mm kalibrli ehtiyatları tükənib.
Analitiklərin sözlərinə görə, Rusiya Federasiyası indi arxa bölgələrdən əlavə mərmilər daşımalı və çatışmazlıqların qarşısını almaq üçün xarici ölkələrdən döyüş sursatları almalıdır ki, bu da atəş sürətinin azalmasına səbəb olacaq.
Rusiyada silah-sursat kimi fundamental problemlərin getdikcə artması hücum əməliyyatlarına ciddi maneə kimi göstərilir.