Avtomobil qəzasında xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Dəlməmmədli-Qırıxlı avtomobil yolunun Kəhrizli kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” və “VAZ “markalı avtomobilər toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü Rəhimov Arzu Mustafa oğlu, 1991-ci il təvəllüdlü Həsənov Hacı Malik oğlu, 1955-ci il təvəllüdlü Rəhimova Həqiqət Ələddin qızı və 1998-ci il təvəllüdlü Həsənova Fatimə Mustafa qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button