ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.
Polise.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.
Karpenter qeyd edib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur.
“Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik”, – ABŞ səfiri vurğulayıb.