Ukraynada helikopter qəzaya uğradı.
Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.
Bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.
Helikopter qəzasında ümumilikdə 2-si uşaq olmaqla, 20-dən çox şəxsin öldüyü bildirilib.
Məlumata görə, qəzada yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.
Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.
Qeyd edək ki, D.Monastırski 1980-ci ildə anadan olub. O, 2021-ci ildə Ukraynanın daxili işlər naziri vəzifəsində çalışırdı.