Balakəndə daha bir ailə faciəsi…

Balakəndə kişi həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Polise.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Hənifə kəndində baş verib. 

Belə ki, kənd sakini 35 yaşlı Rəvanə Məmmədova qaşüstü nahiyəsinin kəsilmiş yarası, üst dodağının kəsilmiş – cırılmış xəsarəti və üzün sol yarısının kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Müayinə zamanı R. Məmmədovaya əri Natiq İbrahimov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirildiyi məlum olub. 

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button