Prezident ANAMA ilə bağlı fərman imzaladı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ilkin nizamnamə fondunun məbləği artırılıb.
Polise.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Sənədə əsasən, Agentliyin ilkin nizamnamə fondu 2 209 512,9 manat müəyyənləşib.
Qeyd edək ki, daha əvvəl bu məbləğ 100 000 manat olub.