Şəhidlər Xiyabanında qarışıqlıq yaratmaq istəyən şəxs həbs olundu

Ötən gün Şəhidlər Xiyabanında qarışıqlıq yaratmağa cəhd göstərən şəxs həbs olunub.

Polise.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

Onun sözlərinə görə, yanvarın 20-də Şəhidlər xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib. Cəhdin qarşısı alınıb və onlardan biri – Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button