Prezidentin xüsusi nümayəndəsi Zəngilan ziyalıları ilə müzakirə apardı
Zəngilan rayon icra Hakimiyyətinin inzibati binasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Zəngilan və Cəbrayıl rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi görüş keçirilib.
Polise.az xəbər verir ki, görüşdə Zəngilan rayon icra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev və rayon ziyalıları iştirak ediblər.
Görüşdə çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısının tapşırığı əsasında azad olunmuş torpaqlarda başlanmış böyük quruculuq, bərpa işlərindən danışaraq, sakinlərin məskunlaşdıqdan sonra sosial vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq dövlət proqramlarının işlənib hazırlandığını qeyd edib.
Sonda tədbir iştirakçılarının təklifləri və fikirləri dinlənilərək geniş müzakirələr aparılıb.