Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair qurumlararası müzakirələr aparılır

Yanvarın 26-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə multisektoral əməkdaşlığın rolu” mövzusunda qurumlararası dəyirmi masa keçirilir.

Polise.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general mayoru Cavad Qasımov məruzə ilə çıxış edib.

Dəyirmi masada Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Avropa regional ofisinin rəhbəri Narınkul Taqainazar və ofisin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər qurumların nümayəndələri, eləcə də narkoloq həkimlər iştirak edirlər

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button