Sakinlərdən 3 tüfəng götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən ov tüfəngləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a verilən məlumata görə, rayon sakinləri- Bədəl Əliyev, Vüqar Nuriyev və Fəxrəddin Əliyevən müvafiq sənədləri olmayan “İJ”, eləcə də “TOZ” markalı tüfənglər aşkar edilib.