Oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq
edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək
içəriyə daxil olan naməlum şəxs oradan 6500 manat pulu götürərək hadisə
yerindən yayınıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət
əməlini törədən, əvvəllər də məhkum olunmuş Şəmil Əmrahov tutulub. O,
ifadəsində oğurluq etdikdən sonra Bakı şəhərinə getdiyini və əldə etdiyi pulu
paytaxtda xərclədiyini bildirib. Bir qismi isə Şəmil Əhmədovdan maddi sübut
kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə Göyçay şəhər sakini İlqar
Muradov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin
aşkarlanıb. Araşdırma zamanı İlqar Muradovun həmin narkotik vasitə və psixotrop
maddəni keçmiş məhkum Pərviz Abdullayevdən aldığı müəyyən edilib. Şübhəli
şəxs qismində saxlanılan Pərviz Abdullayevin üzərinə və yaşadığı ünvana baxış
keçirlərkən heroin, marixuana, metadon, eləcə də tramadol həbləri aşkar edilərək
götürülüb. O, ifadəsində həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu
İran vətəndaşından onlayn yolla aldığını bildirib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında
əməliyyat-istintaq tədbirləri davam etdirilir.