Salyanda quldurluq edən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-
axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında rayon ərazisində yerləşən
evlərin birinə basqın etməkdə şübhəli bilinən rayon sakini Yaşar Məmmədov
saxlanılıb.
Həmin şəxs ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, Y.Məmmədov tanışı, hal-hazırda qeyd
edilən hadisəyə görə həbs olunmuş Aydın Nəzərovla qabaqcadan əlbir olaraq ötən
ilin dekabr ayının 18-də səhər saatlarında Salyan rayonu ərazisində yerləşən
evlərin birinə basqın ediblər. Ev sahibinə hədə-qorxusu gələrək qızıl-zinət əşyaları
və pul tələb edən həmin şəxslər quldurluq əməlini törədərək həmin ünvanı tərk
ediblər.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar
davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button