Pakistanda partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərindəki məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb, azı 150 nəfər yaralanıb.

Polise.az xəbər verir ki, bu barədə Reuters agentliyi Pakistan polisinə istinadla məlumat yayıb. Şəhərin səhiyyə xidməti yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirilib. Yerli KİV-də yayılan xəbərlərə görə, terrorçu məsciddə çoxlu insanın günorta namazına toplaşdığı vaxt üzərindəki partlayıcını işə salıb.

Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button