Macarıstan XİN Ukraynanı tənqid etdi

“Macarıstan hər zaman Ukrayna ilə yaxşı əlaqələr qurmaq istəyib. Bunun üçün bir çox səbəblər var”. 

Polise.az xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto deyib. 

Nazir bildirib ki, müharibədən əvvəl də bunu istəyiblər: “Orada 150 min macar yaşayır. Biz onların həyatının daha yaxşı olmasını istəyirdik. Biz qonşu ölkələrik. Amma ukraynalılar bu məsələlərdə heç vaxt bizlə tərəf müqabili olmadılar”. 

Nazir son 8 ildə Ukraynada macar və digər milli azlıqların hüquqlarını, o cümlədən ana dilində təhsil haqqını məhdudlaşdıran qanunların qəbul edildiyini xatırladıb, bunun beynəlxalq hüquqa zidd olduğunu qeyd edib:

“İndi sual edirəm ki, bu qanunlara nə ehtiyac var idi? İndi qonşu ölkələrdən yardım istəyirlər. Macarıstan və Ukraynanın əlaqələrinin daha yaxşı olması arzusu isə sadəcə təkyönlü istəkdir və bu ancaq Macarıstan tərəfindən göstərilir. Mən hər zaman ukraynalı həmkarlarımla işbirliyinə açığam və indi də hazıram. Ancaq indiki həmkarım heç mənə zəng etmir”. 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button