Sumqayıtın prokuroru işdən çıxarıldı
Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.
Polise.az-ın Modern.az-a istinadən xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Məlumata görə, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti xəbəri təsdiqləyib.