İran agentlərinin Bakıda gizli radiostansiyası – Xəyanətin detalları

“Birinci Qarabağ müharibəsi zamanı İran hərbi müşahidəçiləri Azərbaycana xəyanət ediblər. Onlar guya bizimlə ermənilər arasında vasitəçilik funksiyasını yerinə yetirmək məqsədi ilə hərbi hissələrimizə daxil olmaq imtiyazına malik idilər. Orada guya əsgər və zabitlərimiz üçün təlimlər keçirirdilər”.

Bakupost.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrini müavini Siyavuş Heydərov Trend-in müəllif videolayihəsinə müsahibəsində deyib.

O qeyd edib ki, birinci Qarabağ müharibəsi zamanı bu hərbi müşahidəçilər mütəmadi olaraq hərbi hissələrdə olub. Onlar hansı hərbi yüksəkliyə, strateji məntəqələrə gediblərsə,bir neçə gün sonra bu mövqelər ermənilərin hücumuna məruz qalıb:

“Həmin vaxt bu məsələ diqqət mərkəzində idi, araşdırma zamanı şübhələr yarandı, iranlı hərbi müşahidəçilər gündəmə gəldi. Sonra onların Bakıda 8-ci mikrorayonunda məxfi radiostansiyası aşkar edildi. Hərbi müşahidəçilər orada mənzillər kirayələyibmiş. Radio kanallar müəyyən olundu və məlum oldu ki, onlar SEPAH kəşfiyyatçılarıdır. Bu müşahidəçilər hətta daxili qoşunların 120 hərbçisini İrana göndəriblər.Guya oraya təlim keçməyə gediblər, amma hamısınə dövlət çevrilişinə hazırlayırmışlar. Həmin şəxslərə çevrilişdən sonra yüksək vəzifə tutacaqları vədi verilib.

O zaman təhlükəsizlik orqanları çox unikal bir əməliyyat keçirdilər. Məlum oldu ki, bu müşahidəçilər düşmənçilik fəaliyyəti ilə məşğul olublar. Bu əməliyyat İran üçün şok oldu. Çox xahiş etdilər, yalvardılar ki, bu əməliyyat barədə ictimaiyyətə məlumat verməyin. “Biz Ermənistana dəstəyi dayandıracağıq, Azərbaycanı dəstəkləyəcəyik” dedilər. Təbii ki, bu, yalan idi və onlar yenidən düşmənçilik fəaliyyətinə başladılar”, – deyə Heydərov bildirib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button