Tehrandakı səfirliyimizdə terror hadisəsi ATƏT-in gündəmində
ATƏT-in Daimi Şurasının fevralın 2-də keçirilən iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı məsələ qaldırılıb.
Polise.az xəbər verir ki, 52 nümayəndə heyəti iclasda bu hücumu pisləyib, həlak olan Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verib və hadisəni təcili araşdırmağa çağırıblar.
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi, səfir Rövşən Sadıqbəyli sosial media hesablarında bu barədə paylaşımında həmin nümayəndə heyətlərinə təşəkkür edib.