Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi 

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə avtobus qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

Polise.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində  paylaşım edilib.

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – deyə başsağlığı mətnində yazılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button