GÜNÜN ŞEİRİ

Bir taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…

Çövrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan.
Eşidirsən: pıçıldayır yıxılan, duran:
Dünya sənin,
dünya mənim,
dünya heç kimin…

Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya,
Əbədiyə qah-qah çəkər əbədi dünya,
Dünya sənin,
dünya mənim,
dünya heç kimin,..

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button