Gürcüstan Türkiyəyə yardım təklif edib
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyəyə yardım təklif edib.
Polise.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
“Kahramanmaraşda baş verən dağıdıcı zəlzələ ilə əlaqədər Türkiyə xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Biz Türkiyə xalqının yanındayıq və lazım olan hər cür yardımı göstərməyə hazırıq”, – hökumət başçısı bildirib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 nəfər dağıntılar altında qalıb.