TÜRKİYƏDƏ YENİDƏN 7,8 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB-VİDEO+CANLI YAYIM
Türkiyənin zəlzələ baş verən ərazilərində yenidən şiddətli yeraltı təkanlar olub. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, zəlzələ Bakı vaxtı ilə 14:30 radələrində qeydə alınıb.
İlkin məlumata görə, yeraltı təkanlar 7,8 bal gücündə olub.
Zəlzələ ölkənin bir çox bölgəsində hiss edilib.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 bal gücündə zəlzələ olub. Nəticədə 912 nəfər ölüb, 5385 nəfər yaralanıb. 1710 bina dağılıb.
Xatırladaq ki, bu gün səhər saatlarında da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2470 bina dağılıb, azı 912 nəfər həlak olub, 5385 nəfər yaralanıb.