TÜRKİYƏDƏ 7 GÜNLÜK ÜMUMMİLLİ MATƏM ELAN EDİLDİ
Türkiyədə güclü zəlzələ qurbanları və çoxsaylı xəsarətlərlə bağlı 7 günlük ümummilli matəm elan edilib.
“Polise.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb.
“2023-cü il fevralın 6-da ölkəmizdə baş vermiş zəlzələlərlə əlaqədar 7 günlük ümummilli matəm elan edilib. Bayrağımız 12 fevral 2023-cü il bazar günü, bütün ölkəmizdə və xarici nümayəndəliklərdə gün batana qədər yarıya qədər endiriləcək”, – Türkiyə Prezidenti qeyd edib.