Qəbələdə ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin
çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət
edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını
urnalardan kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən
olunub.
Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar
Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına
görə) maddəsi ilə protokol tərtib edilib.