Zaqatalada avtomobillərinə əlavə avadanlıqlar quraşdıran sürücülər müəyyən olunub

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin
artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə
də kobud qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə
nəzarət-yoxlama tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində
konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə
pozan sürücülər müəyyən olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və bu kimi
halların özləri ilə yanaşı digər hərəkət iştirakçılarının da sağlamlığı üçün də təhlükə
yaratdığı həmin şəxslərə izah olunub. Əvvəllər də bir neçə dəfə xəbərdarlıq olunsa
da bundan nəticə çıxarmayan sürücülər barəsində inzibati tənbeh tədbirləri
görülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button