Kiyev səmasında 2 dron vurulub
Dnepr sahilinədək gəlib çıxmış 2 dron Kiyev səmasında vurulub.
Polise.az-ın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Ordusuna məxsus dronlar İranda istehsal edilib. Kiyev və Nikolayev vilayətlərində də dron hücumu qeydə alınıb. Onların əksəriyyəti vurulub.