İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı profilaktiki tədbirlər keçirilib
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən dayanma-durma qaydalarını pozan sürücülərlə bağlı nəzarət-profilaktiki
tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan
verilən məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən
tədbirlər zamanı dayanma-durmanın qadağan edildiyi ərazilərdə, piyada
səkilərində, avtobus dayanacaqlarında avtomobillərini park edən sürücülər
müəyyən olunub. Qaydalar onlara izah edilib və bu əməllərinin piyadaların, eləcə
də digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb.
Həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Yollarda nəqliyyat vasitələri və piyadaların rahat, təhlükəsiz hərəkətinin
təmin olunması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması
məqsədi daşıyan bu kimi tədbirlər davam etdiriləcək.