İsraili xarici işlər naziri Türkiyəyə səfər edib

İsraili xarici işlər naziri Eli Kohen Türkiyəyə səfər edib.

APA xəbər verir ki, bu barədə XİN başçısı “Twitter”də bildirib.

“Mən Türkiyəyə türk xalqı ilə həmrəy olduğumu bildirmək üçün gəlmişəm. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm və Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracam. İsrail bu çətin zamanda Türkiyənin yanındadır və heyətimizin fəaliyyəti və humanitar fəaliyyətimizlə ona kömək etməyə davam edəcək”, o yazıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button