“Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür”
Polise.az”-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, zəlzəələ xəbərinin alındığı ilk dəqiqədən etibarən bütün dövlət qurumları səfərbər olub: “Qardaş Azərbaycan ölkəmizin yardım çağırışını gözləmədən Prezident İlham Əliyevin tapşırığı ilə hərəkətə keçdi. Zəlzələdən 6 saat keçmədən Azərbaycandan təyyarə uçdu. Həmin gün 3 təyyarə də Türkiyəyə doğru hərəkət etmişdi. Azərbaycanın hər bölgəsində ürəklər Türkiyə ilə döyünür. Kimin nəyi varsa, onu apararaq yardım toplamağa köməklik edir”.