Pompeodan Bakı və İrəvana çağırış: Başlayın!
ABŞ Dövlət katibi Mayk Pompeo Ermənistana müstəqilliyin bərpası günü ilə bağlı təbrik məktubu göndərib.
Məktubda Pompeo ABŞ-ın bundan sonra da iki ölkə arasında münasibətləri inkişaf etdirmək niyyətində olduğunu bildirib.
Pompeo məktubunda Vaşinqtonun Qarabağ konfliktinin sülh yoluyla həlli öhdəliklərinə sadiq olduğunu bildirib və tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında predmet danışıqları tezliklə yeniləməyə çağırıb.