Türkiyə öz ordusundan istifadə edə bilər – AB təşvişdə

Türkiyəyə qarşı sanksiya məsələsi çox qarışıq mövzudur.

Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellin müşaviri Danila Şvarçer deyib.

“Almaniya məsələnin həlli üçün vasitəçiliyini artırsa da, Fransa kimi ölkələr Yunanıstanı dəstəkləyir. Ancaq dialoq mühiti yaratmaq üçün bunu balanslı şəkildə etmək lazımdır. Türkiyənin bölgədəki təsirini artırmaq üçün ordusundan istifadə etmə ehtimalını da nəzərə almalıyıq. Buna baxmayaraq, Türkiyə AB-nin qaçqın planının tərəfdaşıdır və avropalılar üçün açar rolunu oynayır”, – müşavir bildirib.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button