Onlayn yolla aldığı narkotik vasitəni atıb qaçmaq istəyən Ucar rayon sakini saxlanılıb

Məsuliyyətdən yayınmaq məqsədilə onlayn yolla aldığı narkotik vasitəni atıb

qaçmaq istəyən Ucar rayon sakini saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində daha bir uğurlu
əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla
narkotik alan Ucar rayon sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş
Ağası Cavadovun saxlanılması istiqamətində əməliyyat tədbiri qurulub. Sifariş
etdiyi narkotik vasitəni əldə etdikdən sonra sərnişin qismində taksilərin birinə
əyləşən A.Cavadov daha sonra onların arxasınca polis əməkdaşlarının gəldiyini
görüb və hərəkətdə olan nəqliyyat vasitəsinin arxa sağ şüşəsindən həmin narkotik
vasitələri yolun kənarına atıb. Lakin polis əməkdaşları taksini saxlayaraq
sonuncunun qaçmasının qarşısını alıblar.
Bundan sonra isə yol kənarına atılan sellofan torba həmin ərazidən götürülüb
və içərisindən təmiz çəkisi 1 kiloqram 240 qram heroin aşkarlanıb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, rayon
məhkəməsinin qərarı ilə A.Cavadov barəsində həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər
davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button