BAKIDA HÜQUQŞÜNASLARIN BEYNƏLXALQ KONFRANSI KEÇİRİLİR
Bu gün Bakıdakı “Hilton” Hotelində Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda Beynəlxalq konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan Assosiasiyanın prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akdemiki, hüquq elmləri doktoru, professor İlham Rəhimov qonaqları salamladı və konfransın gündəliyində duran müzakirə mövzularını elan etdi.
Polise.az xəbər saytının şef-redaktoru, hüquqşünas Şəmsəddin Əliyev konfransla bağlı fikrini belə ifadə etdi:
“Bu konfransın cəmiyyət, geniş mənada bəşəriyyət üçün nə nəzəri, nə praktik baxımdan heç bir töhfəsi olmayacaq.
Mütəşəkkil cinayətkar birliklərin və terrorçuluğun qarşısının alınması, dünyanın ağır cinayətlərdən əziyyət çəkən həssas hissəsinə dəyən maddi və mənəvi zərərin ödənilməsi istiqamətində də konseptual bir dönüş gözlənilmir. Bu barədə yazı sonra yazılacaq!”