Azərbaycan səfiri Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri ilə görüşüb

Azərbaycanın Tbilisidəki səfiri Faiq Quliyev Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında din sahəsində əlaqələr, tolerantlıq və digər məsələlər diqqət mərkəzində olub.

F.Quliyev bildirib ki, Azərbaycan tərəfi Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyi ilə mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button