Türkiyədə zəlzələnin 13-cü günü: Dağıntılar altından daha 3 nəfər sağ çıxarıldı
Türkiyədə baş verən zəlzələnin dağıdıcı təsirinə məruz qalan Hatayda biri uşaq olmaqla, üç nəfər dağıntılar altından 296 saat sonra sağ çıxarılıb.
Polise.az Anadolu agentliyinə istinadla xəbər verir ki, xilas olunan şəxslər dərhal xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı hələlik məlumat verilmir.
Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.
Xatırladaq ki, Azərbaycandan qardaş ölkəyə 867 nəfərlik xilasedici və tibbi personal, iki ədəd mobil hospital göndərilib.