İqtisadi Şuranın növbədənkənar iclası keçirilib
Bu gün İqtisadi Şuranın növbədənkənar iclası keçirilib.
Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.