Blinken hava şarı ilə bağlı məsələdə Çinə xəbərdarlıq edib

ABŞ dövlət katibi Entoni Blinken Çin Xalq Respublikası (ÇXR) sədrinin xarici siyasət üzrə əsas müşaviri Vanq Yi ilə görüşüb.

Poli se.azxəbər verir ki, bu barədə Blinkenin “Twitter“hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı ABŞ dövlət katibi Çinin müşahidə məqsədi ilə istifadə edildiyi iddia olunan hava şarı ilə bağlı məsələdə Çinə xəbərdarlıq edib.

“Mən Çinin hava şarı ilə müşahidəsini qınadım və bunun bir daha təkrarlanmaması lazım olduğunu vurğuladım. Həmçinin Çinə Rusiyaya maddi dəstək verməmək barədə xəbərdarlıq etdim”, – deyə dövlət katibinin paylaşımında qeyd olunub.

Blinken ölkəsi ilə Çin arasınfa əlaqələrin saxlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada baş tutub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button