Əfqanıstan-Pakistan sərhədindəki “Torham” keçid məntəqəsi rayonunda silahlı toqquşmalar başlayıb.
Polise.az xəbər verir ki, bu barədə “Hasht-e Subh” nəşri Əfqanıstanın Nanqarhar əyalətindəki mənbələrə istinadla məlumat yayıb. “Taliban” üzvləri ilə Pakistan sərhədçiləri arasında səhər saatlarında başlayan aşmanın hələ də davam etdiyi bildirilir.
“Dawn” qəzeti yazır ki, ilk atəş Əfqanıstan tərəfindən açılıb. İnsidentin səbəbi bilinmir. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.