Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin vergi öhdəliyi kim tərəfindən yerinə yetirilir?

Vergi Məcəlləsinə əsasən, fiziki şəxsə icarə haqqı vergiödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Polise.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergiödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalıdır. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi uçotda olduğu halda icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button