Sumqayıtdan Türkiyəyə növbəti humanitar yardım göndərilib

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara kömək məqsədilə fevralın 20-də Sumqayıt şəhərindən növbəti humanitar yardım yola salınıb.

Polise.az xəbər verir ki, şəhər icra hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov icra hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan modul tipli 22 evin Türkiyəyə göndərilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edib ki, ötən həftə modul tipli 8 ev və 405 min manat dəyərində olan yardım qardaş ölkəyə göndərilib.

Bu gün isə növbəti 7 ev, 6 kabinəli sanitar qovşaq və 316 min manat dəyərində humanitar yardım yola salınır.

Qarşıdakı günlərdə modul tipli daha 6 ev və humanitar yardım göndəriləcək. Eyni zamanda, vurğulanıb ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edək ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button