Şirvan şəhəri 21 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!”mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Polis Şöbəsinin və Dövlət
Təhlükəsizliyi Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəhbərliyi, Şirvan Şəhər
Prokuroru, şəhər ərazisində yerləşən 6 məktəbin pedaqoji heyəti və yuxarı sinif
şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Şirvan Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli
Əhmədov və digərləri dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan
sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan
və digər fəsadlarından söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan
mübarizədən danışıblar. Bildirilib ki, hüquq mühafizə orqanlarının əməkdaşları
tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan
şəxslərə qarşı qətiyyətli tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər bir
şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilir. Siz gənclər
isə belə hallardan uzaq durmalı, gələcəyin peşəkar kadrları kimi yetişmək üçün
bütün bilik və bacarıqlarınızı təhsilinizə yönəltməlisiniz.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və
narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button