Şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsi ziyarət edilib
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Novruz Bayramı münasibətilə
torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili
Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsini ziyarət
ediblər.
Polis əməkdaşları şəhidin valideynləri ilə həmsöhbət olub, qayğıları ilə
maraqlanıblar, gətirdikləri bayram sovqatını təqdim ediblər.
Həmçinin ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu
xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.
K.Fərəcovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə başda DİN
rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına
minnətdarlıqlarını bildiriblər.